Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran, Rusiya, Çin Hörmüz boğazında dəniz təlimi keçirəcək
dünya

İran, Rusiya, Çin Hörmüz boğazında dəniz təlimi keçirəcək

17-02-2026 12:00 11 Baxış
IMG

Rusiya İran və Çin “Maritime Security Belt 2026” hərbi-dəniz təlimlərində iştirak etmək üçün Hörmüz boğazına gəmilər göndəriblər.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev məlumat verib.

 

Onun sözlərinə görə, İran Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə keçirilən üçtərəfli təlimlərin məqsədi dəniz təhlükəsizliyini gücləndirmək və dəniz terrorizminə qarşı əməkdaşlığı artırmaq, həmçinin koordinasiyalı xilasetmə əməliyyatları həyata keçirməkdir.

 

Rəsmilər təlimləri regional təhlükəsizlik əməkdaşlığının və beynəlxalq dəniz nəqliyyatı marşrutlarının qorunmasına sadiqliyin nümayişi kimi qiymətləndirirlər.

 

Qeyd edək ki, “Maritime Security Belt” təlimləri 2019-cu ildən etibarən İranın təşəbbüsü ilə hər il keçirilir. Rəsmi açıqlamalara görə, təlimlər dünyanın ən strateji əhəmiyyətli dəniz keçidlərindən birində qlobal ticarət marşrutlarının təhlükəsizliyini təmin etməyə yönəlib.

 

Aysel Şirinova