Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Soyğunçuluq edən şəxslər saxlanıldı
hadisə

Soyğunçuluq edən şəxslər saxlanıldı

23-01-2026 12:00 33 Baxış
IMG

Xətai rayonunda soyğunçuluq faktı qeydə alınıb. Naməlum şəxslər paytaxt sakininin mobil telefonunu açıq talama yolu ilə ələ keçiriblər.

"Tvit.az" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı S.Əliyev və həmyaşıdı M.Seyidov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin işdən evə qayıdan zərərçəkənə yaxınlaşaraq onu sorğu-suala tutduqları və diqqətini yayındıraraq cibindən mobil telefonunu götürüb qaçdıqları məlum olub.

Araşdırma aparılır.