Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran və Əfqanıstanın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub
dünya

İran və Əfqanıstanın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub

19-01-2026 19:00 27 Baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçı və Əfqanıstanlı həmkarı Muttaki  arasında telefon danışığı baş tutub.

Tvit.az bu barədə İran mediasına istinadla xəbər verir.

Məlumata əsasən, danışıq zamanı ikitərəfli münasibətlərin inkişafı, eləcə də aktual beynəlxalq və regional hadisələr müzakirə olunub. Nazirlər iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi və ticarət mübadiləsinin sadələşdirilməsi imkanlarını nəzərdən keçiriblər.

Əraqçı İran və regionda baş verən son hadisələri şərh edərək, İran xalqının terrorizmə və xarici müdaxiləyə qarşı ölkənin müstəqilliyini, təhlükəsizliyini və milli suverenliyini qorumaqda qətiyyətli olduğunu vurğulayıb. Muttaki isə öz növbəsində region ölkələrinin daxili işlərinə istənilən xarici müdaxiləni pisləyib.

 

Aysel Şirinova