Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Estoniya Rusiyanın səsvermə hüuqundan məhrum olmasını dəstəklədi
dünya

Estoniya Rusiyanın səsvermə hüuqundan məhrum olmasını dəstəklədi

14-11-2024 21:00 58 Baxış
IMG

Estoniya hökuməti Rusiya vətəndaşlarının bələdiyyə seçkilərində səsvermə hüququndan məhrum ediləcəyi ölkə konstitusiyasına dəyişiklik edilməsi təşəbbüsünü dəstəkləyib.

Tvit.az xəbər verir ki, bu barədə Delfi portalı məlumat yayıb.

Məlumata əsasən, bu qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib. Bununla bağlı portal respublikanın baş naziri Kristen Michala istinadən xəbər verir ki, o, təşəbbüsün müxalifət tərəfindən də dəstəklənəcəyinə və “artıq növbəti seçkilərdə” rusların “səs vermək hüququna malik olmayacaqlarına” ümid etdiyini bildirib.

Qeyd edilir ki, oktyabrın 25-də Estoniyanın daxili işlər naziri və Sosial Demokrat Partiyasının sədri Lauri Länemets Ukraynada keçirilən xüsusi hərbi əməliyyatı pisləməyən respublikada yaşayan Rusiya vətəndaşlarının bələdiyyə seçkilərində səsvermə hüququnun məhdudlaşdırılmasını hökumətə təklif etmək niyyətində olduğunu bildirib.

Aysel Şirinova