Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Türkiyənin Van sərhəd xəttində 50 kq narkotik maddə ələ keçirilib
sosial

Türkiyənin Van sərhəd xəttində 50 kq narkotik maddə ələ keçirilib

02-01-2026 19:00 9 Baxış
IMG

Türkiyənin Silahlı Qüvvələri sərhədlərin təhlükəsizliyini qorumaq və qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün qətiyyətli fəaliyyətini davam etdirir.

 

Tvit.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

 

Bildirilib ki, Van sərhəd xəttində həyata keçirilən axtarış-yoxlama zamanı 50 min 930 qram narkotik maddə ələ keçirilib.

 

Narkotik maddə Başqala Rayon Jandarm Komandanlığına təhvil verilib.