Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Real Madrid"də ciddi itki: Mbappe superkubok oyunlarını buraxacaq
idman

"Real Madrid"də ciddi itki: Mbappe superkubok oyunlarını buraxacaq

31-12-2025 18:00 13 Baxış
IMG

"Real Madrid"in fransalı futbolçusu Kilian Mbappe diz bağlarından aldığı zədə səbəbindən azı üç həftə meydanlardan kənarda qalacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

 

Məlumata görə, hücumçu yanvarın 7-dən 11-dək Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkuboku uğrunda oyunları buraxmalı olacaq.

 

Qeyd edək ki, turnirdə "Real"dan başqa "Barselona", "Atletik Bilbao" və "Atletiko Madrid" də iştirak edəcək.