Ermənistanın baş naziri Nikol Paşinyan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin əvvəlində İrəvanla münasibətlərin normallaşdırılması istiqaməti ilə bağlı nitqini alqışlayıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Mən bu istəyi alqışlayıram. İkitərəfli dialoqumuz səviyyəsində artıq o məqam yetişib ki, simvolik deyil, hətta konkret addımlar atılmalıdır. Ümid edirəm ki, bu addımlar atılacaq", - deyə o, bildirib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 2026-cı ilin əvvəlində Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesində bəzi simvolik addımlar gözlənilə biləcəyini deyib. O, dəqiq olaraq hansı tədbirlərdən söhbət getdiyini açıqlamayıb.
Aysel Şirinova