Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Təhsil tələbə krediti müraciətlərinə hansı halda imtina verilir? - Sədr açıqladı
sosial

Təhsil tələbə krediti müraciətlərinə hansı halda imtina verilir? - Sədr açıqladı

25-12-2025 11:00 17 Baxış
IMG

Təhsil kreditləri üzrə seçim zamanı tələbələrin akademik göstəriciləri və sosial uyğunluğu əsas meyar kimi nəzərə alınır.

"Tvit.az" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Bəhruz Əzimov fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində jurnalistlərin suallarına cavablandırarkən bildirib.

Onun sözlərinə görə, təhsil kreditlərinin ayrılması üçün tələbənin göstəriciləri əsas rol oynayır:

"Əgər sosial kredit üzrə müraciət edən tələbənin sosial uyğunluğu sistemdə təsdiqlənmirsə, müraciətə imtina cavabı verilir.

Standart təhsil kreditində isə qiymət ortalaması əsas götürülür. Belə ki, tələbə ikinci və sonrakı semestrlərdə minimum 71 bal toplamalıdır. Əgər bu tələbi yerinə yetirməzsə, kredit verilməsindən imtina olunur. Həmçinin, hər iki kredit növü üzrə tələbənin akademik borcunun olması da imtina səbəblərindəndir".