Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zelenski bu ərazidən qoşunlarını çıxartmağa hazırdır
dünya

Zelenski bu ərazidən qoşunlarını çıxartmağa hazırdır

24-12-2025 21:00 20 Baxış
IMG

Ukrayna Prezidenti Vladimir Zelenski 20 bəndlik sülh planında qoşunları Donbasdan çıxarmağa hazır olduğunu bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə  “The Washington Post” qəzeti məlumat yayıb.

 

Məqalədə deyilir: "Ukrayna ölkənin şərqindən qoşunların məcburi şəkildə çıxarılması ideyasına qarşı çıxır, lakin Rusiya da eyni şeyi edərsə, belə bir imkanı nəzərdən keçirəcək. Məqsəd heç bir hərbi struktur tərəfindən idarə olunmayan azad iqtisadi zona yaratmaqdır".

 

Jurnalistlərin fikrincə, Zelenskinin təklifləri Ukrayna liderinin ərazi məsələsində kompromis yolunda ilk addımıdır. Lakin nəşr bunun üçün referendum tələb olunacağını iddia edir, Zelenskinin planının tam versiyası isə qərarın Ali Rada tərəfindən təsdiqlənməsi ilə belə bir addımın qarşısını almaq imkanı verir.

 

Aysel Şirinova