Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Hikmət Hacıyev: Azərbaycanın Qəzzadakı sülhməramlı missiyada iştirakından danışmaq hələ tezdir
siyasət

Hikmət Hacıyev: Azərbaycanın Qəzzadakı sülhməramlı missiyada iştirakından danışmaq hələ tezdir

24-12-2025 21:00 16 Baxış
IMG

Hazırkı mərhələdə Azərbaycanın Qəzzada beynəlxalq sabitləşdirmə missiyasında iştirakından danışmaq hələ tezdir.

 

Tvit.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Nikkei" nəşrinə bildirib.

 

H.Hacıyev qeyd edib ki, ABŞ Azərbaycana missiyaya qoşulmağı təklif edib, lakin hələ yekun qərar qəbul olunmayıb.

 

Prezidentin köməkçisi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi Qəzzadakı missiyanın döyüş əməliyyatlarının aparılması qaydaları, fəaliyyət proseduru və səlahiyyətləri barədə aydın məlumat vermir.