Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
siyasət

TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib

22-12-2025 19:00 19 Baxış
IMG

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Tvit.az-ın məlumatına görə, mətndə deyilir:


"Möhtərəm cənab Prezident.

 

İcazə verin, Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdan və Türk Dövlətləri Təşkilatının Katibliyinin heyəti adından səmimi-qəlbdən təbrik edim.


Bu il oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Azərbaycanın tarixi və gözəl şəhəri olan Qəbələdə keçirilən 12-ci Zirvə görüşü çərçivəsində görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki, Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə təşkilatımız daha da güclənəcək və inkişaf edəcəkdir.

 

Təşkilatımız çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.


Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Zati-alinizə cansağlığı və Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram".