Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edib.
"Tvit.az" xəbər verir ki, ölkə başçısı çıxışı zamanı 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçının olduğunu deyib.
“Onların arasında 80 Prezident, vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, - deyə dövlət başçısı bildirib.
Prezidentin çıxışından sonra maraqlı anlar yaşanıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlham Əliyevi tarixi və möhtəşəm çıxışı münasibətilə ayrıca təbrik edib.