Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Qalatasaray" "Monako" ya qarşı
idman

"Qalatasaray" "Monako" ya qarşı

09-12-2025 10:00 45 Baxış
IMG

Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində altıncı turun oyunlarına start veriləcək.

    Belə ki, turun ilk oyun günündə  “Kayrat”  “Olimpiakos”la, “Bavariya” “Sportinq”lə, “Atalanta” “Çelsi” ilə, “Barselona” “Ayntraxt”la, “İnter” “Liverpul”la, “Monako” “Qalatasaray”la, "PSV" “Atletiko Madrid”lə, “Royal Union” “ Olimpik Marsel”lə, “Tottenhem” isə “Slaviya Praqa” klubu ilə üz-üzə gələcək.

 

    Təbii ki, azərbaycanlı azarkeşlərin diqqəti Fransada keçiriləcək  "Monako"-"Qalatasaray" matçında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

 

     Qeyd edək ki, turun oyunlarına sabah yekun vurulacaq. Sabah təmsilçimiz "Qarabağ" klubu Bakıda Niderlandın "Ayaks" komandası ilə üz üzə gələcək. Qarşılaşma saat 21:45-də start götürəcək.