Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə FHN: Ötən həftə əməliyyatlar zamanı 13 nəfərin meyiti tapılıb
hadisə

FHN: Ötən həftə əməliyyatlar zamanı 13 nəfərin meyiti tapılıb

08-12-2025 10:00 38 Baxış
IMG

Ötən həftə əməliyyatlar zamanı 13 nəfərin meyiti tapılıb.

Bu barədə Tvit.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 187 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 43 nəfər xilas edilib, 30 nəfər təxliyə olunub, 20 nəfər xəsarət alıb, əməliyyatlar zamanı 13 nəfərin meyiti təhvil verilib.