Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman “Neftçi" səfərdə "Turan Tovuz"la bərabərə qaldı
idman

“Neftçi" səfərdə "Turan Tovuz"la bərabərə qaldı

28-11-2025 21:00 94 Baxış
IMG

Misli Premyer Liqasının XIII turunda "Neftçi" səfərdə "Turan Tovuz"la bərabərə qalıb.

 

Tvit.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb.

 

24 xalı olan "Turan Tovuz" turnir cədvəlində üçüncü sırada yer alıb. "Neftçi" isə 16 xalla yeddincidir.

 

Bakı klubu cari mövsüm Premyer Liqada rəqibləri ilə ən çox heç-heçə edən komandadır (7 dəfə).

 

Qeyd edək ki, turun açılış görüşündə "Zirə" səfərdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 30-da yekun vurulacaq.