Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü
siyasət

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

26-11-2025 19:00 111 Baxış
IMG

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderland Krallığının ölkəmizdəki səfiri Marian de Yonq ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, görüşdə regional proseslər, Azərbaycan–Aİ çərçivəsində siyasi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, eləcə də ikitərəfli münasibətlərin daha da gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.