Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Qurban Qurbanov səfər matçında bu futbolçular meydanda olmayacaq
idman

Qurban Qurbanov səfər matçında bu futbolçular meydanda olmayacaq

20-11-2025 12:00 16 Baxış
IMG

"Qarabağ"ın növbəti oyuna neçə itki ilə çıxacağı dəqiqləşib.

Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, Misli Premyer Liqasının 12-ci turunda "Sumqayıt"ın qonağı olacaq "köhlənlər"in baş məşqçisi Qurban Qurbanov iki futbolçunun xidmətindən yararlana bilməyəcək:

"Cəzalı futbolçu yoxdur. Kadi və Şahruddin Məhəmmədəliyev zədə səbəbindən "Sumqayıt"a qarşı oynamayacaqlar".

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" oyunu noyabrın 21-də keçiriləcək. Matçın start fiti 19:00-da səsləndiriləcək.