Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşdü
siyasət

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşdü

15-11-2025 14:00 11 Baxış
IMG

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov ilə görüşüb.

"Tvit.az" xəbər verir ki, bu barədə Türkmənistan XİN məlumat yayıb.

Görüş zamanı Türkmənistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər bütün sahələrdə uğurla qurulmuş əməkdaşlığın daha da inkişaf etdirilməsinin eləcə də ən yüksək səviyyədə sıx dialoqun saxlanılmasının vacibliyini vurğulayıblar.