Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman “Qarabağ"ın matçını şərh edən Şənər ağızdolusu danışdı
idman

“Qarabağ"ın matçını şərh edən Şənər ağızdolusu danışdı

07-11-2025 23:00 25 Baxış
IMG

Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Qarabağ" - "Çelsi" görüşündən öncə Bakıya gələn, Ağdam klubunun rəsmiləri ilə görüşən və matçı şərh edən Ərtəm Şənər Azərbaycanla bağlı yeni video paylaşıb.

 

Tvit.az Qol.az-a istinadən xəbər verir ki, türkiyəli tanınmış şərhçi "Qarabağ" klubunun idarəetməsi, Qurban Qurbanov və ölkəmiz haqda xoş sözlər səsləndirib. O, deyib:

 

"Canım "Qarabağ"ım. "Azersun Holdinq"ə, "Qarabağ"ın prezidenti Tahir Gözələ salam göndərirəm. Siz necə bir komanda yaratmısınız?! Baş direktor Əmrah Çelikel sizi ürəkdən təbrik edirəm, ayaq üstə alqışlayıram. İnfrastrukturunuz mükəmməldir. Qurban Qurbanov haqda artıq heç nə demirəm. O, onsuz da öz sözünü meydanda deyir. Hamınıza salamı var.

 

Matçdan 1 gün əvvəl də, sonra da Qurban Qurbanovla söhbət etdik. O, artıq mənim dəyərli bir dostumdur. Məndən 3 yaş böyükdür. Böyük qardaşımdır. İnanılmaz dərəcədə təvəzökar insandır. Bu komanda Çempionlar Liqasında çox yaxşı yerlərə gələcək. Bizim klublarımıza örnək olsun".

 

Ə.Şənər Azərbaycanı "Zəfər Günü" münasibəti ilə təbrik də edib:


"Azərbaycan Türkiyəni çox sevir. Onlar həqiqətən də bizi qardaşdan da artıq görürlər. Hər 10 evdən 8-də Türkiyə bayrağı var. Bizim üçün canları yanır. Onları daha çox qucaqlayaq. Qarabağ zəfərinin 5-ci ildönümüdür. "Qarabağ" Futbol Klubu çox vacib addır. Allahverdi Bağırovu, Qarabağ üçün canından keçən bütün şəhidlərimizi anıram. Bayramınızı, bayramımızı təbrik edirəm. Allah bir daha bu məmləkətə müharibə yaşatmasın. Azərbaycan çox böyük bir dövlət, ölkədir. Zəfərimizin 5-ci ili mübarək".