Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Qarabağ"–"Çelsi" oyununa görə avtobusların hərəkəti məhdudlaşdırılıb
idman

"Qarabağ"–"Çelsi" oyununa görə avtobusların hərəkəti məhdudlaşdırılıb

05-11-2025 12:00 22 Baxış
IMG

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda baş tutacaq "Qarabağ"–"Çelsi" oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.

Bu barədə Tvit.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq "Gənclik Mall" qarşısındakı dayanacaqdan təşkil edilib.