Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Ronaldodan şok: Tezliklə futboldan gedəcəyəm!
idman

Ronaldodan şok: Tezliklə futboldan gedəcəyəm!

04-11-2025 21:00 31 Baxış
IMG

"Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo tezliklə karyerasını sonlandıracağını açıqlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə o, jurnalist Piers Morqana verdiyi müsahibədə deyib.

 

Morqan 40 yaşlı Ronaldodan hansı yaşda karyerasını bitirəcəyi barədə fikri olub-olmadığını soruşub.

 

"Tezliklə. Amma düşünürəm ki, buna hazır olacağam. Çətin olacaq, bəli, yəqin ki, ağlayacağam, bu, tamamilə normaldır. Bundan utanmıram, mən açıq insanam", - deyə o bildirib.

 

Ronaldonun sözlərinə görə, o özünü buna 25-27 yaşından hazırlayıb və təzyiqə tab gətirə biləcək.

 

"Əlbəttə ki, futbolu heç nə əvəz etməyəcək, amma özüm, ailəm və uşaqlarım üçün daha çox vaxtım olacaq", - deyə futbolçu əlavə edib.

 

Qeyd edək ki, bundan öncə Ronalda sağlamlığı imkan verdikcə futbol oynamağa davam edəcəyini bildirmişdi.