 
 Türkiyə Peşəkar Futbol İntizam Komitəsi mərc oyunlarında iştiraka görə 152 hakimlə bağlı qərarını açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, ali dərəcəli hakim Zorbay Küçük, Melih Qurd və Mərdcan Tubay barəsində mərc fəaliyyəti ilə əlaqədar Futbol Federasiyasının intizam qaydalarının 57-ci maddəsinə əsasən araşdırmanın davam etdirilməsinə qərar verilib.
Digər hakimlər isə (149 nəfər) müvafiq olaraq 8, 10 və 12 ay müddətinə futbol yarışlarından uzaqlaşdırılıblar.
 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   