Rusiya Ukraynada atəşkəsə yalnız sülh danışıqları başlamadan razı olmayacaq.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ-nin beynəlxalq təhlükəsizlik üzrə eksperti Mark Episkopos bunu X sosial şəbəkəsində qeyd edib.
“Ola biləcək yekun sülh sazişinə hazır olmaq – hansı ki, prezident [ABŞ-ın Donald] Tramp Alyaskada [Rusiya prezidenti Vladimir] Putin ilə müzakirə edib – və şərtsiz atəşkəsə razılıq vermək iki tamamilə fərqli məsələdir”, – o yazıb.
Onun sözlərinə görə, Rusiya heç vaxt döyüş əməliyyatlarında fasiləyə razı olmayacaq, lakin bu, Moskvanın Ukrayna böhranının diplomatik həllinə hazır olmadığı anlamına gəlmir.
Aysel Şirinova