Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran Çin təchizatının köməyi ilə raket proqramını gizli şəkildə bərpa edir - CNN
dünya

İran Çin təchizatının köməyi ilə raket proqramını gizli şəkildə bərpa edir - CNN

29-10-2025 22:00 49 Baxış
IMG

İran Çin təchizatının köməyi ilə raket proqramını gizli şəkildə bərpa edir.

Tvit.az bildrir ki, CNN-in məlumatına görə, BMT sanksiyalarının bərpasına baxmayaraq, İran ballistik raket proqramını fəal şəkildə dirçəldir. Avropa kəşfiyyat xidmətləri qeydə alıblar ki, sentyabrın sonundan etibarən Bəndər-Abbas limanına Çindən bir neçə partiya natrium perxlorat gətirilib – bu maddə İranın orta mənzilli raketlərində istifadə olunan bərk yanacağın istehsalı üçün əsas komponentdir.

Mənbələrin məlumatına görə, sentyabrın sonundan bəri İran təxminən 2000 ton bu maddəni alıb. Həmin maddə İsraillə 12 günlük müharibədən dərhal sonra Çin şirkətlərindən satın alınıb. Mütəxəssislər hesab edirlər ki, bu tədarüklər Tehranın raket ehtiyatlarını onların fəal istifadəsindən sonra bərpa etmək planının bir hissəsidir.

Baxmayaraq ki, daşınan maddə – natrium perxlorat – BMT-nin İrana ixracı qadağan edilmiş materiallar siyahısında konkret şəkildə qeyd olunmayıb, o, ballistik raketlərdə istifadə olunan qadağan edilmiş oksidant siyahısına daxil edilmiş ammonium perxloratın əsas komponentidir. Lakin mütəxəssislər qeyd edirlər ki, bu maddəyə birbaşa qadağanın olmaması Çinə BMT qadağasını pozmadığını iddia etməyə imkan verə bilər.

Aysel