Gürcüstan prezidenti Mixail Kavelaşvili hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyasının keçmiş dövlət başçısı Mixail Saakaşvilinin təsis etdiyi partiya da daxil olmaqla üç müxalifət partiyasının fəaliyyətini məhkəmə yolu ilə qadağan etmək qərarını dəstəkləyib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Xarici maliyyə ilə siyasi mühitə bu qədər məqsədyönlü şəkildə zərər verdikdə bu cür siyasi partiyaların bizim siyasi məkanımızda mövcud olmaması üçün şərait yaranır," - deyə bildirilib.
Aysel Şirinova