Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran və Ermənistan arasında biznes imkanları müzakirə olunacaq
dünya

İran və Ermənistan arasında biznes imkanları müzakirə olunacaq

28-10-2025 13:00 14 Baxış
IMG

İsfahanın Ticarət, Mədən və Kənd Təsərrüfatı Palatası, “İsfahan-Ermənistan Biznes İmkanlarının Araşdırılması Konfransı”na çağırış elan edib.


Tvit.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.


Bildirilib ki, elanın elektron versiyası saytda yerləşdirilib və iştirakçılara qeydiyyatdan keçmək tövsiyə olunub. Tədbir, İsfahan Ticarət Palatasında keçiriləcək və Ermənistanın İrandakı səfiri və iqtisadi məsələlər üzrə attaşesinin iştirakı ilə baş tutacaq.


Görüş 2 noyabr, bazar günü saat 10:30-da keçiriləcək.


Elmin Alışov