Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
idman

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

27-10-2025 23:00 23 Baxış
IMG

Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (86 kq) Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.

 

Tvit.az xəbər verir ki, üçüncü yer uğrunda qarşılaşmada gürcüstanlı Tornike Samxaradzeyə 13:2 hesabı ilə qalib gələn təmsilçimiz bürünc medala sahib çıxıb.

 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal əldə edib.