"TikTok"un sahibi olan Çinli texnologiya nəhəngi "ByteDance" dünyanın ən böyük oyun mağazalarından biri olan "Steam"ə rəqib yeni bir oyun platforması üzərində işləyir.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, yeni layihənin adı "GameTop" olacaq.
Hazırda milyonlarla istifadəçisi olan "Steam" oyun sənayesində lider mövqeyini qoruyur. “Epic Games” kimi güclü rəqiblər çıxsa da, hələlik onu keçə bilən yoxdur. Lakin Çindən gələn məlumatlara görə, "ByteDance" bu nəhəngə ciddi rəqib gətirməyə hazırlaşır.
Yeni platforma "GameTop" əsasən Çin xaricindəki oyunçulara yönələcək və "Steam"ə bənzər oyun təcrübəsi təqdim etməyi hədəfləyəcək.
Bu addım "ByteDance"in sosial media sahəsindən sonra qlobal oyun bazarına da güclü şəkildə daxil olmaq istədiyini göstərir.
Aysel Şirinova