Ukrayna prezidenti Vladimir Zelenski bir daha Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək , ona “güc vasitəsilə sülh” prinsipini xatırladıb. Tvit.az xəbər verir ki, bu barədə ukraynalı siyasətçi öz Telegram kanalında danışıb.
Onun sözlərinə görə, Amerikanın yeni lideri bu prinsipi tətbiq etsə, bundan hamı faydalanacaq.
Zelenski qeyd edib ki, “insanlar inam, azadlıq, normal həyat istəyirlər” və Kiyev üçün bu, “rus təcavüzü olmadan və güclü Amerika, güclü Ukrayna və güclü müttəfiqlərlə həyat” deməkdir.
Ukrayna prezidenti də Trampı qələbə münasibətilə bir daha təbrik edib və onunla görüşlərini xatırladıb. Zelenski Ukrayna və ABŞ-ın hələ də əməkdaşlıq üçün böyük potensiala malik olduğuna əmin olduğunu bildirib.
Aysel Şirinova