14 C
Baku
Çərşənbə axşamı, Aprel 30, 2024

Bizə yaz

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Tvit.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR