15 C
Baku
Bazar, Aprel 28, 2024

Bizə yaz

Elza efirdə Flora Kərimova ilə dalaşdı – Mikrofonu çırpıb getdi (VİDEO)

“Elgizlə izlə” proqramında Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanıb.

Tvit.az xəbər verir ki, mübahisəyə səbəb F.Kərimovanın E.Seyidcahanın geyimlərinə irad bildirməsi ilə başlayıb. O, Elzanın Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə tacda qatılmasını tənqid edib.

“Həmin gün tacla çəkilişə gedirdim. Rafael Dadaşovun ölüm xəbərini eşitdim. Onun dəfninə getməli idim, amma efirə də gecikirdim. Qara paltar, eynək, daşlı tac. Demək, Rafael Dadaşov sənətimizin taclı sənətkarı idi ki, mən oraya tacla gəldim. Dedim, kim nə yazır yazsın, Allah bilir ki, çəkilişə gedirdim, tac da başımda idi. Özümə dedim ki, gedib Rafael müəllimi son mənzilə yola salacağam”.

Onun bu açıqlaması F.Kərimova tərəfindən birmənalı qarşılanmayıb:

“Necə geyinirsiniz geyinin, mənə dəxli yoxdur. Mənə Azərbaycan qadını kimi aiddiyyəti var. Buna ixtiyarım çatır. Çünki mən sənətin sənətkarıyam. Bundan başqa, qadın və azərbaycanlıyam. Bir ara inciyib Polşaya getmişdim. Orada bir aktrisa var idi, gündəm olmaq üçün müxtəlif pozalar verirdi. O, bunu məşhur olmaq üçün edirdi. Lakin məşhur olmağın keyfiyyətləri var. Bu gün bir qayınana kimi keyfiyyətsiz bir oğlana qızımı verməzdim”.

Ona cavab olaraq Seyidcahan “Əgər sizin mənim keyfiyyətimə şübhəniz varsa, əqidəm bir olub. Siz üzr istəyirəm, ancaq külək kimi əsmisiniz”  deyə, bildirib. Daha sonra onun mikrafonu söndürülüb. Sonda Elza Seyidcahan mikrofonu yerə çırparaq efiri tərk edib. 

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR