23 C
Baku
Cümə, May 10, 2024

Bizə yaz

Zaxarova sərhəddəki gərginlikdən danışdı

Rusiya Xarici İşlər Nazirliyi Mariya Zaxarova Tacikistan vətəndaşlarının Qazaxıstan-Rusiya sərhədində qalması ilə bağlı məlumatı şərh edib.

Tvit.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, bildirilib ki, sərhəddəki vəziyyət Crocus City Hall-da baş verən terror aktından sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlıdır.

“Rusiya Federasiyasının sərhədini keçən əcnəbilər vətəndaşlığından asılı olmayaraq yoxlanılır”,- deyə Mariya Zaxarova vurğulayıb.

O, qeyd edib ki, hazırda sərhəddə 30-dan çox insan yoxdur və prioritet uşaqlar, qadınlar və qocalardır.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR