23 C
Baku
Cümə, May 10, 2024

Bizə yaz

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb.

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında paylaşımında qeyd edib.

Qeyd olunub ki, minaya düşənlərin 65-i həlak olub, 291-i isə xəsarət alıb. Qeyd olunub ki, həlak olanların 50-si mülki vətəndaş, 15-i isə hərbçilərdir. Yaralıların isə 126-sı mülki şəxs, 165-i hərbi qulluqçudur.

Ümumilikdə 1991-ci ildən bu günə kimi 3 435 nəfər minadan zərərçəkən kimi qeyd alınıb. Onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadındır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR