23 C
Baku
Bazar ertəsi, Aprel 29, 2024

Bizə yaz

Alla Puqaçova bir saat dindirildi

Noyabrın 2-də vətənə qayıdan müğənni Alla Puqaçova Rusiyada gömrükdə bir saata yaxın dindirilib.

 Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Nəşr dindirilmənin eksklüziv görüntülərini dərc edərək qeyd edib ki, sərhədçilər ifaçının gəlişinin məqsədini və vaxtını dəqiqləşdiriblər.

Puqaçova nəzakətlə danışsa da, narahat imiş. İfaçı Rusiyaya buraxılmayacağından qorxurmuş. O, sərhədçilərə xaricdəki həyatından danışaraq, bunu həm maddi, həm də mənəvi cəhətdən çətin adlandırıb.

Qeyd edək ki, sənətçi 2022-ci ilin yazında ailəsi ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedib. 2023-cü ilin mayında modelyer Valentin Yudaşkinlə vidalaşmaq üçün Rusiya Federasiyasının paytaxtına uçub. Bu il noyabrın əvvəlində müğənni bir neçə günlük yenidən Rusiyaya gəlib.

Sənətçinin Rusiyaya niyə qayıtması ilə bağlı bir neçə versiya var. Bir sıra KİV-lər müğənninin əlavə vəsiyyətnamə tərtib edərək övladları Liza və Harri ilə bağlı sənədləri götürmək niyyətində olduğunu iddia ediblər. Eyni zamanda, Şotun sözlərinə görə, Puqaçova Rusiyaya yeni mahnı yazdırmaq üçün gəlib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR