Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var.
Tvit.az-ın Report-a istinadən məlumatına görə, Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində biri az yaşlı olmaqla 7 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.