Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bəzi ərazilərdən idxala məhdudiyyət qoyuldu
sosial

Bəzi ərazilərdən idxala məhdudiyyət qoyuldu

28-07-2025 22:00 39 Просмотров
IMG

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Olt inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, İtaliyanın Friuli-Venesiya-Culiya regionunda blutanq xəstəliyi, Kamboca Krallığının Tbonq Hmum əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

 

Bu barədə Tvit.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

 

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.