Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница şou-biznes "Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigar Camaldan CAVAB
şou-biznes

"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigar Camaldan CAVAB

28-07-2025 14:00 36 Просмотров
IMG

Müğənni Nigar Camal Əməkdar artist Fərqanə Qasımovanın onun geyimi haqda şərhinə cavab verib.

"Tvit.az" xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə paylaşım edib.

Bildirib ki, bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir:

"Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucalara qaldırmaqla tanınmışam. Bunu da Azərbaycan dövləti hər zaman dəyərləndirib. Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm. Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hökmü ilə ölçülə bilməz. Hər bir qadın istədiyi kimi geyinə, gülə, sevinə və yaşaya bilər. Bunun üçün heç kimdən icazə almağa ehtiyacı yoxdur! Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar".

Qeyd edək ki, F.Qasımova Nigarın bodidəki geyiminə "Kəsmə yollarla önə getmək əlbəttə çok rahatdır - türk qardaşlarımız demişkən" şərhini yazıb.