Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Binəqədidə yaşayış binasını birə basdı - VİDEO
turizm

Binəqədidə yaşayış binasını birə basdı - VİDEO

25-07-2025 13:00 49 Просмотров
IMG

Bakıda, çoxmərtəbəli binaların eyvanlarına çəyirtkələrin doluşduğu xəbərini vermişdik, budəfəki şikayət isə birədir. Balaca, qara, uçan və dişləyən birədən.

"Tvit.az" Xəzər Tv-yə istinadən xəbər verir ki,  gəlib-gedənlərin ayaqlarına yapışan bu həşəratlar Binəqədi rayonunda yerləşən 9 mərtəbəli binanın sakinlərini təngə gətirib.

Bina sakini Rəşid Razıyev deyir ki, on beş gündür vəziyyət belədir.

Məsələ ilə bağlı Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciət etdik. Birliyin baş mühəndisi Vəli Əliyev bildirdi ki, sakinlərdən onlara müraciət daxil olmayıb. Buna baxmayaraq, elə günü sabahdan həmin ərazi dezinfeksiya olunacaq.