Baş Prokurorluqda yeni təyinat olub.
Tvit.az "Unikal"a istinadən xəbər verir ki, müvafiq əmrlə Şəmşir Şəmşirli Baş Prokurorluqda böyük köməkçi vəzifəsinə təyin edilib.
O, bu təyinatadək Bakı şəhər Prokurorluğunda fəaliyyət göstərib.
Qeyd edək ki, Ş.Şəmşirli Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğludur.