Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Gəncədə yanğın xəstəxanada ciddi təşvişə səbəb olub
turizm

Gəncədə yanğın xəstəxanada ciddi təşvişə səbəb olub

21-07-2025 22:00 32 Просмотров
IMG

Gəncə şəhərində Abbas Səhhət adına Birləşmiş Xəstəxanasının həyətində yanğın hadisəsi qeydə alınıb.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, səhiyyə ocağında formalaşan tibbi tullantılar naməlum şəxs və ya şəxslər tərəfindən xəstəxananın həyətində yandırılıb.

 

Alov və tüstü xəstəxanada ciddi təşvişə səbəb olub və əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.

 

Alov qısa müddət ərzində söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

 

Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq tibbi tullantılar xüsusi şəraitdə zərərsizləşdirilməlidir.