Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Sumqayıtdakı yanğında neçə nəfər zəhərlənib? - AÇIQLAMA
turizm

Sumqayıtdakı yanğında neçə nəfər zəhərlənib? - AÇIQLAMA

21-07-2025 13:00 33 Просмотров
IMG

20.07.2025-ci il tarixində saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşayış binasında baş verən yanğınla əlaqədar çağırış daxil olub.

"Tvit.az" xəbər verir ki, bu barədə mərkəzin məlumatında bildirilib. Qeyd edilib ki, çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub.

23 nəfərə dəm qazının toksiki təsiri, arterial təzyiqin yüksəlməsi və stresə qarşı kəskin reaksiya diaqnozları ilə yerində tibbi xidmət göstərilib.

Təcili tibbi yardım xidməti tərəfindən 8, ailə üzvləri tərəfindən isə 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.