Litva Gürcüstan və Moldova sakinlərinin Avropa İttifaqına (Aİ) üzv olmaq şansını əldən verməsinə imkan verməyəcək.
Tvit.az xəbər verir ki, bunu respublika prezidenti Qitanas Nauseda deyib.
“Gürcüstan və Moldova sakinlərini tərk etməmək çox vacibdir. Biz onların Avropa İttifaqına daxil olmaq arzusunu puça çıxara bilmərik”, - Litva rəhbəri bildirib. O, əlavə edib ki, iki ölkə Avropa ailəsinə aiddir.
Nauseda həmçinin bu məsələdə Gürcüstan və Moldovada vətəndaş cəmiyyətlərinə dəstək verməyə çağırıb.
Aysel Şirinova