Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница sosial 59 direktor xəbərdarlıq, töhmət və şiddətli töhmət alıb, 5 müəssisə rəhbəri işdən çıxarılıb
sosial

59 direktor xəbərdarlıq, töhmət və şiddətli töhmət alıb, 5 müəssisə rəhbəri işdən çıxarılıb

29-10-2024 17:00 59 Просмотров
IMG

"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 4 istiqamət üzrə yoxlama meyarları əsasında məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib".

"Tvit.az"AZƏRTAC-a istinadən bildirir k, bunu MÜTDA-nın direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib.


O bildirib ki, proses 145 müəssisənin 107-ni əhatə edib:

"Müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədlər, kadrlarla işin təşkili, maddi texniki baza və maliyyə-təsərrüfat sənədləri yoxlanılıb. Nəticədə 125 qrup bağlanılıb, 5 müəssisə rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq, töhmət, şiddətli töhmət verilib".