Yaxın Şərqdə yeni silahlı münaqişə regionda daha da sabitliyin pozulmasına gətirib çıxaracaq və Amerikanın maraqlarına zərər verəcək.
Tvit.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
"ABŞ prezidenti Donald Tramp başa düşməlidir ki, növbəti müharibə Yaxın Şərqdə daha çox qeyri-sabitliyə gətirib çıxaracaq. Bu, ABŞ-nin maraqlarına uyğun deyil", - Pezeşkian deyib.
Aysel Şirinova