Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə 105 ədəd müxtəlif raket və dronla genişmiqyaslı hücum həyata keçirib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib.
Zelenski əlavə edib ki, son bir həftə ərzində Rusiya ümumilikdə 1270-ə yaxın pilotsuz uçuş aparatı, 39 raket və 1000 idarə olunan hava bombası atıb. Bu hücumlar Ukraynanın müdafiə qüvvələrinə və mülki infrastruktura ciddi ziyan vurub.
Elmin Alışov