Almaniyanın Türingiya, Saksoniya və Brandenburq əyalətlərində meşə yanğınları ilə mübarizə davam edir.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Təxminən 5 gündür alovlanan meşə yanğınları havaların isti keçməsi, külək və suyun verilməsində yaranan çətinliklər səbəbindən nəzarətə götürülə bilmir.
Çoxlu sayda yanğınsöndürən yanğınlarla mübarizə aparır, silahlı qüvvələr və polis helikopterləri də söndürmə işlərində iştirak edir.
Elmin Alışov