Avropa Yayımçılar Birliyinə (EBU) üzv olan ölkələrin nümayəndələri bu gün Londonda görüş keçirərək İsrailin növbəti il keçiriləcək "Avroviziya Mahnı Müsabiqəsi"ndə iştirakı məsələsini müzakirə ediblər.
Tvit.az bu barədə İsrail mediasına istinadən xəbər verir.
Məlumata görə, iclasda bu barədə səsvermə aparılmayıb və mövzu ilə bağlı yekun qərarın dekabr ayına qədər təxirə salındığı bildirilir.
Qeyd edək ki, İslandiya, İspaniya, Sloveniya və Belçika kimi bir sıra üzv ölkələr cari il keçirilmiş müsabiqənin əvvəlində və sonunda İsrailin Qəzza müharibəsindəki fəaliyyəti ilə əlaqədar olaraq yarışmadan kənarlaşdırılması çağırışları etmişdilər.
Aysel Şirinova