Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı ekspertizanın nəticələri məlum olacaq
sosial

AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı ekspertizanın nəticələri məlum olacaq

02-07-2025 11:00 36 Просмотров
IMG

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı cinayət işi başlanılıb və istintaq tədbirləri intensiv şəkildə davam etdirilir. Hadisə ilə əlaqədar olaraq həm Azərbaycanda, həm də Qazaxıstanda müvafiq hüquq-mühafizə orqanları tərəfindən paralel araşdırmalar aparılır.

"Tvit.az" xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, təyyarə qəzası ilə bağlı indiyədək təxminən 100-ə yaxın ekspertiza təyin edilib və onların əksəriyyəti artıq həyata keçirilib. Son günlərdə ekspertiza qrupunun bir hissəsi Qazaxıstan Respublikasına ezam olunaraq müvafiq qurumlarla birgə geniş və əhatəli müzakirələr aparıb.

Hazırda ekspertiza nəticələrinin toplanması və yekunlaşdırılması prosesi hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlığı çərçivəsində davam etdirilir. Gözlənilir ki, yaxın müddət ərzində nəticələr əldə olunacaq.