Rusiya Yaxın Şərqdə təhlükəli eskalasiyadan son dərəcə narahatdır və bmt Nizamnaməsi və beynəlxalq hüquqa zidd olaraq həyata keçirilən İsrailin İrana qarşı hərbi əməliyyatlarını qətiyyətlə pisləyir.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirliyi bəyanat yayıb.
"BMT-nin suveren üzvü olan dövlətə, onun vətəndaşlarına, yatmış dinc şəhərlərə, nüvə enerjisi infrastrukturu obyektlərinə səbəbsiz hərbi zərbələr kateqoriyalı olaraq qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət sülhü məhv edən, regional və beynəlxalq təhlükəsizliyə zərər vuran bu cür vəhşiliklərə laqeyd yanaşmağa imkan verə bilməz", - Rusiya Xarici İşlər Nazirliyi bildirib.