ABŞ administrasiyasında amerikalı sahibkar İlon Maskın Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlaması barədə məlumat yoxdur.
Tvit.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
“Mən The Wall Street Journal-ın (WSJ) nəşrini gördüm. Mən bu məlumatların doğruluğunu təsdiq edə bilmərəm”, - deyə rəsmi bildirib.
O, həmçinin müvafiq sualı verən jurnalistə Muskla birbaşa əlaqə saxlamağı tövsiyə edib.
Aysel Şirinova